Çin sakini olan bir qadın sosial şəbəkədə populyarlıq qazanıb. Buna səbəb onun özündən çox cavan görünməsidir. 41 yaşlı Luje Nsu 20 yaşlı kimi görünür. O, interyer dizayner kimi çalışır. Qadının sözlərinə görə, o, bu cür xarici görünüşə dietanın köməyi ilə nail olub. Onun dietası əsasən tərəvəzdən ibarətdir. Eyni zamanda çinli qadın gün ərzində çoxlu miqdarda su içir.
Luje Nsunun Şeron adlı balaca bacısı var və aktrisa kimi çalışır. 35 yaşlı qadın da özündən çox cavan görünür. 2015-ci ildə çinli qadın yerli əyləncəli teleşouda iştirak edib. Efirdə iştirakdan sonra onun sosial şəbəkədəki hesabına ciddi maraq yaranıb. Hazırda 41 yaşlı qadının İnstaqram hesabını 245 min nəfər izləyir. Onun Facebookdakı hesabına isə 342 min bəyənmə gəlib.
2016-cı ilin avqustunda məlum oldu ki, yapon model Risa Xirako sosial şəbəkədə yaşından iki dəfə az görünən şəkilləri yayandan sonra populyarlıq qazandı.