Şişmanlıqdan əziyyət çəkən 31 yaşındakı Mayk Vaudbinin qəribə arıqlama hekayəsi var.
Bir gün barda rast gəldiyi bir qadın onu “köklüyünüz məni və dostlarımı narahat edir” deyərək bardan qovub. Mayk o vaxtlar 210 kilo ağırlığında idi.
Bu hadisədən sonra Mayk 7 il boyunca həkim ziyarətləri xaricində evdən heç bayıra çıxmadı. Get-gedə daha çox həyatdan küsdüyü bu 7 ilin sonunda isə bir gün spirtli içki ilə dərmanları qarışdıraraq intihara cəhd etdi.
Ölümdən dönən Mayk həyatında köklü dəyişiklik etməyə qərar verdi və dieta ilə birlikdə sistemli idmana da başladı. 18 ay içində düz 114.5 kilo verən Mayk artıq Muscles adı ilə tanınan bir idman müəllimidir.