SON DƏQİQƏ

Dünyanın ən yaşlı begemotu öldü

Tarix:11-07-2017, 16:33

Dünyanın ən yaşlı begemotu Filippindəki zooparkda ölüb. Berta ləqəbli heyvanın 65 yaşı olub.

Bu barədə bazar ertəsi günü, “Channel News-Asia” xəbər verib. Zoopark əməkdaşları Bertanı 7 iyulda saxlandığı qəfəsdə tapıblar.

Heyvanın ölümünə səbəb isə bəzi daxili orqanların öz fəaliyyətini dayandırması olub.

Manil zooparkı 1959-cu ildə açılıb. Həmin vaxt 7 yaşı olan Berta zooparkın birinci vəhşi sakinlərindən olub. Amma heyvanın konkret hansı ölkədən gətirilməsi ilə bağlı məlumatlar itirilib.

Begemotların vəhşi təbiətdəki ömrü 40 ilə qədərdir.

Onlar çox nadir hallarda 50 yaşa qədər yaşayırlar. 2017-ci ilin iyununda, Avstraliyadakı Adeliada zooparkında dünyanın ən tənbəl begemotu yaşayırdı. Onun 43 yaşı vardı, amma təmsil etdiyi növ 10-12 yaşdan çox yaşamırdı.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN