Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeberler.info-ya verilən məlumata görə, bu gün Tarix İnstitutunda Elmi Şuranın "İslam Həmrəyliyi İli"nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olacaq.
Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edəcək.
E. Muxtarov