SON DƏQİQƏ

Mehmanxana əməkdaşına hovuzda timsah hücum edib

Tarix:25-07-2017, 13:34

Meksikada mehmanxana ərazisinə daxil olan timsah işdən sonra hovuzda iştirahət etmək istəyən həmin məkanın əməkdaşına hücum edib.

Sonxeberler.info xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə iyulun 9-da Karib dənizindəki Kosumel adasında baş verib. 23 yaşlı mehmanxana əməkdaşı hovuzda çimən zaman timsahın orada olmasından xəbərsiz olub.

Timsah əməkdaşın boyun nahiyyəsindən və əlindən beş dəfə dişləyib. Qışqırığa gələn mehmanxana əməkdaşları timsahı ağac və daşlarla uzaqlaşdıra biliblər.

Nəticədə kişi xəstəxanaya aparılıb, timsah isə 1.5 saatdan sonra mehmanxana ərazisindən uzaqlaşdırılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN