SON DƏQİQƏ

ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi

Tarix:26-07-2017, 17:58

ABŞ-ın 91 yaşlı sakini Kristina Farley gözəllik kraliçası seçilib.

CNN telekanalı xəbər verir ki, Kristina Farley yaşlıların qatıldığı “Ms Connecticut Senior America” adlı müsabiqədə iştirak edib və qalib gəlib.

K.Farley bildirib ki, insanlar 60 yaşından sonra həyatın bitdiyini düşünür, amma bu, doğru deyil. O qeyd edib ki, belə müsabiqələrin ən yaxşı cəhəti insanlara müsbət təsir göstərməsidir. Bu cür yarışlar həyatı sevmək üçün onlara bir daha fürsət verir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN