Sinsinati ştatının sakini Şeril Kittel toyundan 25 il sonra gəlinlik paltarının dəyişdirildiyini öyrənib. 1987-ci ildə toyu olan Şeril toydan sonra gəlinlik paltarını kimyəvi təmizləməyə verib. Qutuda geri aldığı paltarının necə təmizlənməsinə isə baxmayıb.
25 il sonra toy paltarına baxmaq istəyəndə isə məlum olub ki, orada başqasının 1960-cı illərin dəbi olan gəlinlik paltarı saxlanılır. Bundan başqa, fata qoyulmalı olan yerdə isə toxunma uşaq paltarı və odeyal qoyulub: “Bu, başqalarının xatirələridir. Doğrudur, mənə səhvən verilən gəlinlik paltarı da çox gözəldir, amma mənim deyil. Bu yanlışlığı edən kimyəvi təmizləmə yeri isə artıq bağlanıb”.