SON DƏQİQƏ

Ən az yaşayan qadınlar bu ölkədədir

Tarix:26-07-2017, 15:43

Yaponiyada qadınların gözlənilən ömür uzunluğu 86,8 il, Syerra-Leonedə isə 50 ildir. Həmçinin ölkələrin öz daxilində də müxtəlif bölgələr arasında müəyyən fərqlər var.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Dünya səhiyyəsinin statistikası: davamlı inkişaf məqsədləri ilə bağlı sağlamlıq göstəricilərinin monitorinqi” adlı hesabatında məlumat verilir.

Məruzədə bildirilir ki, 2000-ci ildən 2015-cu ilədək olan dövrdə gözlənilən ömür uzunluğunun beş il müddətinə artması 1960-cı illərdən indiyədək ən yüksək artım tempidir. Dünya üzrə bu göstəricinin ən böyük artımı isə Afrika qitəsində qeydə alınıb. Belə ki, son illər ən nəzərəçarpacaq irəliləyişə nail olan bu regionda görülən tədbirlər, o cümlədən İİV infeksiyasına və malyariyaya qarşı mübarizə sayəsində gözlənilən ömür müddəti 9,4 il artıb və orta hesabla 60 yaş təşkil edir.

Hesabatda bildirilir ki, Rusiyada qadınlar arasında gözlənilən ömür uzunluğu 76,3 il, kişilərdə 64,7 il, Ukraynada müvafiq olaraq 76,1 və 66,3 il, Belarusda 78 və 66 ildir. Azərbaycanda gözlənilən ömür müddəti qadınlarda təqribən 76 il, kişilərdə isə 69,6 il təşkil edir.

Qadınların ən yüksək orta ömür uzunluğu Yaponiyada (86,8 il), kişilər arasında isə İsveçrədə (81,3) qeydə alınıb. Dünyada ən aşağı göstəricilər hər iki cins üçün Syerra-Leonedədir. Burada orta hesabla qadınlar 50,8 il, kişilər 49,3 il ömür sürə bilirlər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN