SON DƏQİQƏ

Qatil bir neçə il zooparkda gizləndi, heyvanların yeməklərini oğurladı

Tarix:27-07-2017, 10:14

Avstraliyanın axtarılanlar siyahısında olan qatili Malkolm Naden bir neçə həftə zooparkda gizlənib və heyvanların yeməyini oğurlayıb.

 “Daily Mail”in xəbərinə görə, onun hekayəsi “The Contractor” adlı kitabda da yer alıb. Bu hekayə terrorizmlə mübarizədəki üsullara həsr olunub. Kitab 25 iyulda dərc edilib. İkiqat qətl həyata keçirən kişi 300 hektarlıq sahəsi olan zooparkda özünə bir hücrə taparaq gizlənib. O, fillər üçün nəzərdə tutulan bananları oğurlayır, eləcə də zooparkın arxasında yerləşən restoranın zibil yeşiyindən yemək artıqları tapıb qidalanırdı. O, 2005-ci ildən 2012-ci ilə qədər orada gizlənib. Onun aşkarlanması isə zoopark işçilərinin şikayətindən sonra baş tutub. Belə ki, onlar fillərə aid olan yerdə torbaların naməlum şəxslər tərəfindən açılması, heyvanxanadakı bəzi yerlərin isə darmadağın edilməsi ilə bağlı şikayət ediblər. Bundan başqa, zooparkın ərazisində yerləşən Rocer adlı şəxsin evində də tez-tez çörək və süd itməyə başlamışdı. Zooparkın xadiməsinin ifadəsi isə onun yaxalanmasında əsas faktor oldu. Belə ki, qadın bir gün tanımadığı bir kişinin zooparkda yerləşən duş otağından çıxdığını və ondan dəsmal istədiyini polisə bildirib. Naməlum şəxsi təsvirindən sonra polis anlayıb ki, bu, 32 yaşlı qatil Nadendir. O, 2005-ci ildə xalası qızının rəfiqəsini, ondan öncə isə xalası qızını öldürüb. Bundan başqa, 15 yaşlı, yetkinlik yaşına çatmayan bir qızla cinsi əlaqədə olub. Bütün bu hadisələr Nadenin doğma şəhəri olan Dabboda baş verib. 

 

Polis bu məlumatdan dərhal sonra qatilin zooparkdakı əl izlərini götürüb. Məlum olub ki, o, zooparkda yemək tapmayanda tısbağanın başını qopararaq, onun daxili orqanlarını yeyib. Nəhayət, məhkəmə onu yaxalayandan sonra ömürlük həbs cəzasına məhkum edib.

 Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN