Çin Xalq Respublikasının sədri Si Çzinpin Çin xalq azadlıq ordusunun yaranmasının 90 illiyinə həsr olunan hərbi paradda çıxış edib.
Sonxeberler.info xarici KİV-lərə istinadən xəbər verir ki, o, çıxışında bildirib ki, təhlükəsizliyini qorumaq və məqsədlərinə çatmaq üçün ölkə tarixinin ən güclü ordusunu yaratmalıdır.
Hərbi parad iyulun 30-da Daxili Monqolustan Muxtar rayonunun Çjujixe hərbi poliqonunda keçirilib.
Paradda 12 min hərbçi, 129 hərbi təyyarə və 571 yerüstü hərbi texnika iştirak edib.
Qeyd edək ki, Çin ordusu hazırda dünyanın ən böyük ordularından sayılır. Ordunun sayı iki milyon nəfərə çatır.