SON DƏQİQƏ

Bakının mərkəzindəki kafenin işçilərindən qeyri-adi geyim

Tarix:31-07-2017, 15:42

Bakının mərkəzində yerləşən kafelərdən birində ofisiantların geyimi diqqət çəkib.

Sonxeberler.info-nun Axşam.az-a istinadən məlumatına görə, burada işçilərin geyindiyi köynəklərin arxasında heşteq işarəsi ilə işğal olunmuş rayonlarımızın adları yazılıb. Özü də bu adlar ingilis dilində verilib: #zangilanisazerbaijan, #shushaisazerbaijan...

İşçilərdən bunu nə üçün etdiklərini soruşanda isə onlar turistlər üçün belə addım atdıqlarını bildiriblər. Onlar deyib ki, məqsədləri ermənilər tərəfindən işğal olunan rayonlarımızı əcnəbilərə tanıtmaq, onların əslində Azərbaycanın bir hissəsi olduğunu bildirməkdir.

 

 

 

 

 

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN