SON DƏQİQƏ

Qadının soyadında 35 hərf var

Tarix:1-08-2017, 09:10

Havay sakini olan qadın uzun müddət davam edən mübarizəsində qalib gəlib. Familiyasında 35 hərf olan qadın tam adı və familiyasının sürücülük və şəxsiyyət vəsiqəsinə tam yazılmasına nail olub.

Ad-soyadı Cenis Lokelani Keihanaikukauakahihuliheekahaunaele olan qadının mübarizəsinə səbəb kompüter proqramında ad-soyadın 34 işarə ilə məhdudlaşması olub. Proqramı bütün ştat üzrə dəyişəndə limit 40 işarəyə qədər artacaq. Qadının mübarizəsinə səbəb isə yol polisinin davranışı olub. Nəzakətsiz polis öncə onun soyadını lağa qoyub və ona qızlıq familiyasını qaytarmağı tövsiyə edib. Cenisin qızlıq familiyası isə Vort olub. O, ərinin familiyasını 1992-ci ildəki toyundan sonra götürüb. Hazırda dul qadın olsa da Cenis soyadını dəyişməməkdə israrlıdır.

Amerikalının sözlərinə görə, soyadının açması ibrətamizdir: “İnsanları xaos zamanı ayağını qaldırıb bir istiqamətə yönləndirən qüvvə onu qeyri-müəyyənlikdən də xilas edəcək”.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN