SON DƏQİQƏ

Xaricdə girov götürülüb zorla yerli qızla evləndirildi

Tarix:1-08-2017, 09:12

Gənc Belarus vətəndaşı xaricə səfər edərkən getdiyi ölkənin qadın vətəndaşlarından birinin qohumları tərəfindən girov götürülüb. Səbəb isə belorusu həmin qızla evlənməyə məcbur etmək olub. Amma bu hadisənin hansı səbəbdən və hansı ölkədə baş verməsi barədə məlumat verilmir.

Qadının silahlı qohumları belorusu silah gücü ilə girov götürəndən sonra onu qadınla evlənməyə məcbur ediblər. Adı açıqlanmayan belorus isə gizli yollarla da olsa, Belorusun hüquq-mühafizə orqanlarına saxlandığı yer, silahlı adamların sayı barədə mesaj yollayıb və hadisədən onları xəbərdar edib.

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə belorus gəncin azad edilməsi barədə bildirilsə də, təfərrüat açıqlanmayıb: “Yerli polis orqanlarının xüsusi əməliyyatı nəticəsində vətəndaşımız azad edilərək öz ölkəsinə göndərilb. Odur ki, Daxili İşlər Nazirliyi olaraq bildiririk ki, qadınlara evlilik vədi verərkən bir qədər ehtiyatlı olun”.

Bu olayla bağlı sosial şəbəkədə yayılmış xəbərin altında istifadəçilər hadisənin baş verdiyi ölkənin adını öyrənmək istəsələr də, suala “isti ölkələrdən birində” deyə cavab verilib. Amma hadisə insan oğurluğu kimi qeydə alınıb və günakarlar tapılaraq cəzalandırılıb.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN