SON DƏQİQƏ

Kirpili kafedə oturmaq məsrəflidir - Foto

Tarix:2-08-2017, 09:21

Yaponiyanın paytaxtı Tokio şəhərində açılan kafe öz qəribəliyi ilə diqqət çəkir.

 Belə ki, bura gələn müştərilər kafedəki kirpilərlə oynaya bilirlər. Bu barədə lenta.ru saytı “The Guardian”a istinadən xəbər verib. Kafedə bir saat oturmaq üçün həftə içi 9, həftə sonları isə 12 dollar ödəmək lazımdır. İçəridə 20 növə yaxın kirpi saxlanır. Heyvanlar şüşə qutularda saxlanır və onların hər birini ələ götürmək mümkündür. Kafenin əməkdaşı Mizuki Murata deyir ki, daha öncə dovşanlı kafedə çalışsa da, kirpilərlə vaxt keçirmək onun ən böyük arzusu olub. “Biz bu layihə ilə insanlara sübut etmək istədik ki, iynələrinə baxmayaraq kirpilər çox şirin heyvanlardır. Ümid edirəm ki, biz qonaqlarımızı onlara toxunmaq qorxusundan azad edə biləcəyik”.

 2015-ci ilin noyabrında isə Britaniyanın Bristol şəhərində pişiklər üçün pub açılmışdı. Kafenin 44 yaşlı sakini Lyuk Deniels demişdi ki, elə 15-ə yaxın pişik bu məkanın divarları arxasında doğulub.

Sonxeberler.info

 

 

В Токио открылось кафе с ежами.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN