2012-ci ildə itkin düşən Kanadanın Toronto şəhər sakini Anton Pilipi Amazonkadakı cunqlidə tapıblar. Son 5 il ərzində o, sənədsiz və pulsuz 10 ölkə adlayıb.
Lenta.ru saytı CBC-ə istinadən xəbər yazıb ki, çirkli paltarda, ayaqyalın formada yolda gedən saqqallı kişini ötən ilin noyabr ayında Braziliya polisləri aşkar etmişdi. Öncə onu kasıb kimi qəbul etdilər, ardınca isə polis onunla ingilis dilində danışaraq, Kanadadan gəldiyini üzə çıxardı. Polis onun qardaşı ilə əlaqə yaratmağa nail olub. Məlum olub ki, kişini sonuncu dəfə 2012-ci ildə Torontoda görüblər.Ondan sonra ailəsi onun harada olduğunu tapıb üzə çıxara bilməyib. Qohumları ehtimal edir ki, kişi evdən psixoloji problemlərə görə gedib.
Aydınlaşdırma zamanı məlum olub ki, Pilip öncə ABŞ sərhədini keçib, ordan Meksikaya keçib, ondan sonra Kosta Rika, Panama, Kolumbiya, Venesuella və Argentinada olub. Səfərinin böyük hissəsini o, piyada gerçəkləşdirib, bəzən isə yolda maşın tutub və yük maşınlarının kuzovunda gizlənib. Yolboyu kişi meyvə və giləmeyvə ilə qidalanıb. Şəhərlərdəki maşınyuma məntəqələrində isə geyimlərini təmin edib.