SON DƏQİQƏ

Telefonu tutmayanda yoldaşına göyərçinlə məktub göndərir

Tarix:3-08-2017, 09:23

Türkiyənin Muğla şəhərində yaşayan Süleyman Okaymirza balıq tutmağa getdiyi yerlərdə telefonu işləmədiyi üçün qeyri-adi üsullara baş vurur. 36 yaşlı kişi həyat yoldaşına göyərçin vasitəsilə məktub yollayır. 12 yaşından bəri göyərçin saxlayan Süleymanın 30-a yaxın quşu var. Onları buğda və darı ilə bəsləyir. Poçtalyon göyərçinlərin təxminən 20 il yaşadıqlarını deyən Süleyman bu quşların yem verməsinə, yuvaya girmə formasına görə öz sahiblərini tanıdığını bildirir. 

 Onun hobbilərindən biri göyərçin saxlamaqdırsa, digəri də balıq tutmaqdır. Balıqda olanda telefon siqnalları tutmadığı üçün ona görə narahat olan həyat yoldaşına göyərçinlə məktub göndərir. Həyat yoldaşı Hülya Okaymirza isə deyib ki, həyat yoldaşı evdə olmayanda evin damına göyərçinlər qonursa, bilir ki, ona məktib yollayıb: “Mən də açıb içini oxuyur, sonra da eyni göyərçinin ayağına cavab mesajı olan kağızı birləşdirib geri yollayıram”.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN