SON DƏQİQƏ

Bu da səyyah toyuqdur

Tarix:3-08-2017, 09:13

Fransız səyyah Guirec Soudee iki ildir ki, gəzdiyi hər yerə toyuğunu da özü ilə aparır. 24 yaşlı səyyah toyuğuna Soudee, Monique adını qoyub.

 2014-cü lin may ayından etibarən dəniz səyahətinə başlayıb və hələ də davam edir. İspaniyanın Kanarya adalarından səyahətə başlayan “cütlük” az qala dünyanın yarısını gəziblər. BBC-yə müsahibəsində Soude deyib ki, toyuq onunla səfərə başlayanda dörd və ya beş aylıq olub: “Amma səfər yoldaşı olaraq onu seçməyimin səbəblərindən biri yumurta verməsidir. Monique çox cəsurdur. Külək çox güclü olanda onu qapalı bir yerə qoyuram. Bir pişiklə səfərə çıxmaq istəmişdim. Amma baxımının çox çətin olacağını düşündüm. Toyuq ideal bir seçimdir, çünki baxıma ehtiyac duymur, həm də dənizdə yumurta əldə edirəm”.

 Səfərin başlamasından təxminən bir həftə sonra altı yumurta verən Monique soyuq iqlim qurşağına düşəndə də şikayətlənmir: “İnsanlarla müqayisədə Monique çox da şikayət etmir. Məni hər yerdə izləyir, heç bir problem çıxarmır. Tək etməli olduğum şey isə adını deməyimdir, dərhal yanıma gəlib oturur. Hər şey yeyir, amma uçan balığı hamısından çox sevir”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN