SON DƏQİQƏ

Dünyanın ən qəribə hamiləliyi

Tarix:22-09-2017, 10:25

İngiltərənin Cənubi Qlosterşir qraflığındakı Yet şəhərində yaşayan 41 yaşlı Amanda Ross dükana alış-veriş üçün gedərkən marketin qarşısında qəflətən onun qarnında kəskin ağrılar başlayıb.

 

Bağırsaq və ya mədəsində küt ağrılar başladığından şübhələnən Ross ərinə zəng vurub. Onun əri, 53 yaşlı Pol Din də xanımını Bristoldakı “South Hospital”a aparıb. Müayinə zamanı bəlli olub ki, Amanda Rossun ağrılarına səbəb mədə və ya bağırsaqdakı fəsadlar yox, hamiləlikdir. 41 yaşlı Amandanın hamilə olduğu aşkarlanandan 15 saat sonra isə o, qeysəriyyə yolu ilə doğub. 80 dəqiqə davam edən doğuş Pol və Amandaya qız bəxş edib. Valideynləri uşağa Xlo adını veriblər. “Müayinə zamanı həkimlər dedilər ki, hamiləliyin 7-ci, ya da 8-ci ayındayam. Onu da söylədilər ki, dərhal əməliyyat olunmalıyam, çünki hamiləliyim fəsadlı şəkildə başa çata bilər”, - Amanda deyib. İlk nikahından iki övladı və iki nəvəsi olan Pol indi yenidən ata olmağına çox sevinir.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN