Bəzən kiçik heyvanlar nadir tapılan gözəllikləri yarada bilir. Bu heyvan növlərinin təbii yollarla yaratdıqları evlər, qozalar ya da buraxdıqları izlər, təbiətin gözəlliyi və fəaliyyəti qarşısında bir dəfə daha heyrətə salır. Məsələn, sadə caddis milçəyi sürfəsi çınqıl, qum, budaq parçaları kimi çay qumu ilə bəzənmiş qoruyucu kisələr istehsal edir.
Bütün arılar evlərin damında, üzüm bağlarında məskən tutmur. Türkiyə və İrana xas bir arı növü sürfələri üçün tac yarpaqları və palçıqdan 'çiçək buterbrod' edir. Arılar tərəfindən kafi miqdarda nektar və toz ilə doldurulan bu kisəciklər yalnız bir tək yumurta daşıya bilir. Cənnətquşu isə cütləşmək istədiyi yoldaşlarına təsir etmək üçün, ətrafı rəngli əşyalarla əhatə olunmuş, xüsusi hazırlanmış çardaq deyə adlandırılan strukturlar hazırlayır. Qumdan qala ya da mücərrəd heykəllərə bənzəyən bu strukturlar əslində içində yüz minlərlə ağ qarışqanın olduğu yuvalardır. Çöl arılarının bir növü yuvalarını, çiçəklərdən aldıqları lifləri öz ağız sularına qarışdıraraq düzəldir.
Yuvanın üst toxunmasındakı rənglər arının fərqli çiçəklərdən aldığı müxtəlif liflərdən qaynaqlanır. Sol tərəfdəki yuva isə arıların laboratoriya mühitində meydana gətirdiyi gözəl bir nümunədir.