Avstriyanın Fillax şəhərində güclü şaxtada çılpaq vəziyyətdə velosiped sürən şəxsi saxlayıblar. Bu barədə “The Local” xəbər verib. Çılpaq kişi bu vəziyyətdə otelin qapısından içəri girmək istəyərkən diqqət çəkib. Bundan sonra o, otelin geniş zalındakı yanğınsöndürmə siqnalizasiyasını yandırıb.
Yanğınsöndürənlər isə öncə yerdə o şəxsin paltarlarını və ayaqqabılarını tapıblar. O, velosipedə hoppanıb, qaçmağa çalışıb, amma daha sonra velosipedini də atıb. Polis kişini şəhərin mərkəzində yaxalayıb. Saxlanılan şəxs sərxoş vəziyyətdə olub və havanın temperaturunun -13 dərəcə olduğunu hiss etməyib. 2016-cı ilin iyununda xəbər verildi ki, Böyük Britaniyada lüt velosipedçilərin yürüşü olub. 250 nəfərə yaxın könüllü Sautqempton və Bristol şəhərinə yığışıblar və 10 kilometrə yaxın məsafə qət ediblər.