Misisipidə yaşayan jurnalist Aleks McDaniel sosial mediada çox düşünmədən bir şeylər paylaşmanın nəticələrini pis bir şəkildə təcrübə etdi. Gənc ana uşağının şəklinin altına “3 yaşında, satışa çıxarılıb. 12 dollara və ya daha yaxşı bir təklif verənə satılır” yazaraq öz aləmində kiçik bir zarafat etdi, amma bir neçə gün sonra iş yerinin qapısına Uşaq Qoruma Xidmətləri əməkdaşları gəlincə stress yaşayıb.
Məlum olub ki, Misisipidə yaşayan və adını gizli tutan bir adam uşaq istismarı xəttinə zəng vuraraq, bir qadının internetdə oğlunu satma təşəbbüsünü irəli sürdüyünü deyib. Adam eyni zamanda qadının əqli durumunun da yerində olmadığını vurğulayıb.
Hadisənin bəsit bir zarafat olduğu anlaşılsa da, qadınla bağlı qanun çərçivəsində əməliyyat başlanıb. Bundan başqa, sosial xidmət əməkdaşlarının da bir müddət sistemli olaraq ailəyə ev ziyarətləri edəcəyi açıqlandı. Az qala uşağını itirmə və həbsə girmə təhlükəsi yaşayan qadın isə “Onları qınamıram. Hər kəsin bir işi var və onlarınkı da budur” dedi. Jurnalist eyni zamanda deyib ki, ondan şikayət edən şəxsin yumor hissi yoxdur və olduqca qərəzli, pis niyyətli davranıb. Twitter’də etdiyi bəsit bir zarafat ucbatından məhkəməyə düşən qadına hər hansı cəza verilməsə də, yaşanan hadisə insanların sosial mediadan daha diqqətli istifadə etmələrinin vacibliyini bir daha təsdiqlədi.