SON DƏQİQƏ

Məşhurların “Twitter”, “Facebook”, “İnstagram” paylaşımları: kim nədən yazır?

Tarix:24-10-2017, 17:09

Artıq uzun müddətdir ki, sosial şəbəkələr nəinki sıravi vətəndaşların, həm də tanınmış siyasətçilərin, məşhurların həyatlarının bir hissəsinə çevrilib. Sosial şəbəkələr vasitəsi ilə siyasətçilər ictimai-siyasi, sosial məsələlər ilə bağlı xalqa öz fikir və mövqelərini çatdırır, məşhur sənətçilər isə öz yaradıcılıqlarını təbliğ edirlər. Maraqlıdır ki, dünya siyasətçiləri, prezidentlər və məşhurlar daha çox “Twitter”dən istifadə etməyə başlayıb.

Məsələn, ABŞ prezidenti Donald Tramp“İnstagram” istifadəçisi olsa da, daha çox üstünlüyü “Twitter”ə verir. Tramp həm prezidentlik dövründə, həm də ondan əvvəl tez-tez bu sosial şəbəkədə paylaşımlar edir, insanların suallarına cavab verir, bəzən də canlı yayıma qoşulurdu. Hazırda prezidentin 41 milyon izləyicisi, 36 milyondan çox isə paylaşımı var.

Trampın sonuncu paylaşımı isə Beyrutda Hizbullah tərəfindən öldürülən amerikalılar ilə bağlıdır: “Beyrutda Hizbullah tərəfindən öldürülən 241 amerikalının xidmətini heç vaxt unutmayacağıq. Onlar millətimizə xidmət edərkən öldülər”.  

Prezidentin bu paylaşımına 50 min bəyənmə, 10 mindən çox şərh gəlib.

Rusiya prezidenti Vladimir Putin də daha çox “Twitter”də aktivdir. Lakin prezident əsasən iştirak etdiyi konfrans və tədbirlərdən olan foto və məlumatları paylaşır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da  “Twitter” istifadəçisidir. 66 min izləyicisi olan prezident son paylaşımları CHP ilə bağlıdır: “Olur-olmaz hər mövzunu layiqlik üzərindən araşdıran, özündən başqa hər kəsi izaha soxmağa çalışan CHP anlayışının artıq dövrü dolmuşdur. CHP-çilərin mövqeyi millətdən nə qədər qopuq olduğunu göstərmişdir. AYM-yə getmələri bizi şaşırtmadı”.

Azərbaycan Prezidenti İlham Əliyevin isə “Twitter”də 268 min izləyicisi, 3500-dən çox paylaşımı var. 20 oktyabrda prezidentin profilində ardı-ardına 3 paylaşım edilib: “Tezliklə rəsmi açılış olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq”; “Azərbaycanın fəal iştirakçısı olduğu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün imkanlar açacaq”; “Azərbaycan uğurlu inkişaf yolu keçmiş, son 13 ildə ölkə iqtisadiyyatı 3 dəfə artmış, yoxsulluq və işsizlik 5 faizə düşmüşdür”.

Prezidentin köməkşisi Novruz Məmmədov isə “Twitter”dəki aktivliyi ilə digər siyasətçilərdən fərqlənir. O, əsasən Azərbaycan, rus, ingilis dilində paylaşımlar edir.

Prezidentin köməkçisinin son paylaşımı isə Corc Sorosla bağlıdır: “Corc Soros, beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktyoru adət edib ki, həmişə onunla razılaşsınlar. Amma görünür, vəziyyət dəyişməyə başlayır. Özü də Avropadan”.

Novruz Məmmədovun bundan əvvəlki paylaşımı isə “Qarabağ” futbol klubu ilə bağlı olub: “Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – “Qarabağ” klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penaltı və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”.

Son vaxtlar Müsavat Partiyasının rəhbəri Arif Hacılı da “Twitter”də aktivlik göstərir. Lakin partiya sədri demək olar ki, ancaq “Facebook”dakı statuslarını yenidən “Twitter”də paylaşır.

Partiya sədri oktyabrın 22-də erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan əsgər Cabbar Zeynalovun və atasının fotosunu paylaşaraq bildirib: “Şəhid atasının bu şəklini görəndə İmaməddin Nəsiminin edam kürsündə olan şagirdini, ustadın ona dediyi “Gözüm nuru, bu bədbəxtlər heç vaxt anlamayacaqlar ki, sən necə müqəddəs ucalıqdasan” sözlərini xatırladım”.

Digər azərbaycanlı siyasətçilər isə “Facebbok”da aktivlik göstərir, iştirak etdiyi konfrans və tədbirlərdən olan məlumat və fotoların paylaşırlar. Mütəmadi olaraq müzakirəli statuslar paylaşan millət vəkili Fazil Mustafa da son günlərdə iştirak etdiyi tədbirlər haqda statuslar paylaşıb.

Şou-biznes, mədəniyyət nümayəndələrinə gəldikdə isə, sənətçilər daha çox “İnstagram” sosial şəbəkəsində aktivlik nümayiş etdirirlər.

Məsələn, xalq artisti Brilliant Dadaşovaənənəvi olaraq evində, royalın arxasında yeni ifasını təqdim edib.

Xalq artisti son ifası ilə bağlı maraqlı məqama da toxunub: “Uşaqlıqda bu musiqini bacım İradə pianinoda müşayiət edib mənə sevdirmişdi. Yalçın Rzazadə oxuyardı. İndi məndən dostlara, evdən birbaşa eksklüziv...”

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə isə son olaraq Almaniyadakı konsertindən olan fotonu paylaşıb.

Əməkdar artist Ədalət Şükürov tələbəlik illərinə aid sənədin fotosunu paylaşıb.

Əməkdar artisti Elza Seyidcahan isə “İnstagram”dakı son paylaşımında xalq artisti, xərçəng xəstəsi Könül Xasıyevaya ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən ev verilməsini təqdir edib: “Sizə çox təşəkkür edirik. Əvəzolunmaz, qiymətli səsə malik, hələ körpə yaşlarından sənətə xidmət edən xalq artisti Könül Xasıyevanı sizin diqqətli mərhəmətiniz yenidən səhnələrə qaytarar, inşallah”.

 

Sonxeberler.info

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN