Böyük Britaniyadan olan turist Kris Cins sevgilisinə birgə çıxdıqları Bali səyahəti zamanı evlənmə təklifi etmək istəyib. Amma şərtlər onu qıza evlənmə təklifini uçuş zamanı etməyə sürükləyib. Onların uçduğu təyyarə qəflətən aşağı düşməyə başlayıb.
Dərhal yuxarıdan maskalar sərnişinlər üçün aşağı endirilib. Bu zaman Cins çox qorxub və düşünüb ki, sevgilisinə evlilik təklifi etməyə ömrü çatmayacaq. O həngamədə gənc öz sevdiyi qıza evlənmə təklifi edib və müsbət cavab alıb. Təyyarə məcburən Avstraliyada eniş edib və artıq yerdə olan zaman cütlük öz evlənmə arzularını reallaşdıra biliblər.
2017-ci ilin yayında isə daha qəribə bir evlənmə təklifi baş tutmuşdu. Belə ki, Amerikanın Oklaxoma ştatında yaşayan bir nəfər qanuna zidd hərəkətlərinə görə həbs olunacağından şübhələnirdi. Bu səbəbdən də polislər onu saxlayanda o, sevdiyi qıza evlənmə təklif etmək üçün polisdən icazə istəyib. Brendon Tomson adlı gəncə qandallar vurulanda o, bir dizi üstə yerdə oturub və sevdiyi qıza evləmnmə təklifi edib. Həmin vaxt polis barmağına üzük taxması üçün onun qolundakı qandalı açıb.
Sonxeberler.info