25 ildir dondurulmuş halda saxlanan insan embrionu keçən ay bir körpəyə çevrilib. Amerikalı həkimlər bunun dünya rekordu olduğunu söyləyib.
CNN-in xəbərinə görə, 26 yaşındakı Tina Gibson 25 noyabrda Amerikanın Tennessee ştatında uşaq dünyaya gətirib. Amma onun durumu digərlərindən olduqca fərqlidir. Çünki 1992-ci ildə bağışlanaraq dondurulan embrionu dünyaya gətirib. Emma adı verilən və sağlam olduğu açıqlanan körpə təxminən 3 kilo ağırlığında və yarım metr uzunluğunda olub.
Həkimlər daha öncə ən çoxu 20 illik embrionun sağlam bir şəkildə doğuzdurulduğunu deyərək, bunun bir rekord olduğunu vurğulayıb. Əri Benjaminlə birlikdə çox xoşbəxt olduğunu deyən Tina embrionun 25 il öncə dondurulduğunu vurğulayaraq, aşağıdakıları deyib: “Bu embrion və mən ən yaxın dostlar ola bilərdik. Bir körpə istədim və bunun dünya rekordu olub-olmaması vecimə də deyil”.
33 yaşındakı Benjamin isə deyib ki, öz genlərini daşımasa da, Emmanı öz uşağı kimi görür və çox sevir.