“Daily Mail”in araşdırmasına görə, qadınlar həyatları boyu geyimə 125.000 dollar xərcləyir. Buraya çanta, papaq kimi aksessuarlar da daxildir. Qadınların 10%-i hər həftə yeni bir şey aldıqlarını etiraf edir. Amerikalı telejurnalist, müğənni və kitab yazarı Tammi Faye Bakker bir dəfə “Alış-veriş etməyə üstünlük verirəm, çünki terapevtdən daha ucuz başa gəlir” demişdi. 125.000 dollar xərcləməsindən daha çaşdırıcı gələn məqam isə eyni araşdırmaya qatılan qadınların 60%-i hər səhər nə geyəcəklərinə qərar verə bilmədiklərini və qarderoblarının onlara kafi gəlməsini söyləməsi olub.
Estetik əməliyyatlar da qadınların çoxlu pul xərclədi bir sahədir. Nəhəng sektor halına gələn estetik əməliyyatlara həvəs göstərən qadınların yaş qrupu 19-40 yaş arasında dəyişir. Ən çox edilən əməliyyat isə sinə böyütmə əməliyyatıdır. Daha sonra burun əməliyyatı və arıqlamaq proseduraları gəlir. Siyahının davamını isə üz dartdırma əməliyyatı izləyir.
İl ərzində işləyən qadınlar yığdıqları pulları tətildə xərcləyirlər. “Daily Mail”in yazdığı xəbərə görə, qadınlar yalnız tətilə hazırlanmaq üçün təxminən 737 dollar xərcləyirlər. Tətil hər yaşdan və cinsdən insanın çox ehtiyacı olan sahə olsa da, son zamanlar qadınlar bu sahəyə daha çox maraq göstərirlər. Dolayısı ilə daha çox pul xərcləyirlər.
Sonxeberler.info