Marsel polisi şəhər sakinlərini qorxudan aqressiv meymunu həbs edib. Bu barədə lenta.ru saytı xəbər verir. Hüquq-mühafizə orqanlarının əməkdaşları meymunu tutmaq istəyəndə sonuncu onların əlini dişləyib.
Onu zərərsizləşdirmək üçün polislər elektroşokerdən istifadə etmək zorunda qalıblar. Meymunla bağlı ilk şikayətlər bir neçə həftə öncədən yerli sakinlərdən daxil olmağa başlayıb. Onlar bildiriblər ki, meymunun boyu 80 santimetr təşkil edir və o heyvan bu müddət ərzində ibtidai məktəblərdən birinə daxil olmağı bacarıb. Ardınca isə Anri Barnyedəki kollecə də girib və ordakıları xeyli qorxudub. Kollecə gələn polislər meymunu öldürəcəklərindən ehtiyatlanaraq onu tutmağa cəhd etməyiblər. Amma meymun tutulandan sonra onun sahibinə qarşı cinayət işi açılıb.
Polislər təxmin ediblər ki, heyvan ona qarşı sahibinin bəzi davranışlarından bezdiyi üçün aqressiv davranıb.
Sonxeberler.info