Dünyanın ən qocaman insanı hesab olunan Fransisko Nunes Olivera 113-cü ad gününü qeyd edib.
Axar.az xəbər verir ki, bu barədə “Layf” saytı məlumat yayıb.
İspaniya vətəndaşı olan Oliveranın 4 uşağı, 9 nəvəsi, 15 nəticəsi var. O, indiyə qədər yalnız bir dəfə, gözlərini əməliyyat etdirməkdən ötrü xəstəxanaya müraciət etdiyini bildirib.