SON DƏQİQƏ

Göydə xuliqanlıq edənlər - aviaşirkətlərin “qara siyahısı”

Tarix:13-12-2017, 15:32

Bəzi ölkələrdə pul cəzası mütləqdir, bəzilərində həbs cəzası...

Hazırda “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “qara siyahı”sına 123 nəfər daxildir. AZAL-dan bildirilib ki, sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır.  Bundan başqa, hava gəmisinin göyərtəsində sərnişinin davranışı digər sərnişinlər, əşyalar, hava gəmisi və ya onun ekipajı üçün təhlükə törətməməlidir.

Uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür. Sərnişin bu qayda pozuntularına yol verdikdə ona qarşı akt tərtib olunur və o, aviaşirkətin “Arzuolunmaz sərnişinlər siyahısı”na daxil edilir.

“Yeni Müsavat” bu maraqlı statistika əsasında aviaşirkətlərin “qara siyahı”sı haqda maraqlı məlumatlar əldə edib. Məlum olub ki, dünyadakı bəzi aviaşirkətlər qeyri-qanuni hərəkətlər edən sərnişinləri “qara siyahı”ya alır. Bu insanlar bir daha eyni şirkətlə səyahət edə bilmir. Araşdırmalara görə, əyləncə sistemləri ilə təchiz olunmuş komfortlu bir uçuş imkanı təqdim edən son texnologiya məhsulu olan təyyarələrlə səyahət etmək sərnişinləri xoşbəxt və rahat edir. Ancaq təyyarədə sərnişinlərə təqdim olunan yeməklərin ləzzəti, əyləncə sistemlərinin çeşidliliyi və ya keyfiyyətli xidmət bir çox hallarda aeroportda yaşadığımız hansısa stresli hadisəni unutmağa imkan vermir. Məsələn, yalançı bomba anonsu verənlər, “üstümdə silah var, təyyarəni qaçıracağam” deyə zarafat etdiyini düşünənlər, spirtli içkini həddən artıq içib, sərnişinlərə və təyyarədəki hər kəsə problem yaradanlar, təyyarənin təhlükəsizliyinə zərbə vuran hərəkətlər edənlər hər kəsin əhvalını korlayır.

“Qara siyahı”ya düşənlər uça bilmir

Hava yolu şirkətləri uçuş təhlükəsizliyini təhlükəyə salan sərnişinlərin ucbatından hər il milyonlarla dollar maddi itkiyə məruz qalarkən, böyük prestij itkisi də yaşayır. Dünya miqyasında bəzi hava yolu şirkətləri “qeyri-qanuni” sərnişinlərə çox ağır sanksiyalar tətbiq edib, onları “qara siyahı”ya salır. Məsələn, Türkiyədə Pegasus Havayollarının “qara siyahı”sına düşən sərnişin barədə  Sivil Havaçlıq Müdirliyinə məlumat verilir. Siyahıda yer alan sərnişin digər satış kanallarından bilet alsalar da, şirkətin sistemində dərhal aşkara çıxır və uçuşdan məhrum edilir. Şirkətin çağırış mərkəzi adı qara siyahıda olan sərnişinlərə öncədən zəng edərək, uçuşlarının ləğv edildiyini və bilet pulunun geri veriləcəyini bildirir.

“Türk Hava Yolları” başda olmaq üzrə Atlasglobal, Onur və  SunExpress kimi hava yolları ilə bu məsələdə ciddi bir iş həyata keçirir. Yetkililər uçuş təhlükəsizliyinə zərbə vuran sərnişinlərin bir daha təyyarəyə alınmaması məqsədilə qısa müddət sonra “qara siyahı” sisteminə başlayacaqlarını deyirlər.

1.png (254 KB)

20 il həbs cəzası alan belə var

Daha çox aşırı miqdarda spirtli içkidən istifadə edən və bu səbəbdən aqressiv hərəkətlər nümayiş etdirən, ya da təbliğat məqsədli yersiz çıxışlar edən sərnişinlərlə bağlı yeni çıxış yolları axtarılır. Qeyri-qanuni hərəkətlər edən sərnişinlərlə bağlı “British”, “KLM”, “Aerosvit” kimi aviaşirkətlər qara siyahı sistemini tətbiq edirlər. Zaman itkisi ilə yanaşı, maddi itkiyə də səbəb olan bu sayaq sərnişinlərə qarşı bəzi ölkələr 10 min dollar məbləğində pul cəzası və ya 20 il həbs cəzası kimi ağır cəzalar da tətbiq edir.

“Uçuş təhlükəsizliyi yerdə başlanır”. Bu da vacib qaydalardan biridir. Bu cür sərnişinlər təyyarəyə minmədən öncə müəyyənləşdrilməli və əsla təyyarəyə minmələrinə imkan verilməməlidir. Çünki təyyarədə özünü pis aparan, başqalarına problem yaradan sərnişinlə bağlı dərhal polisə də şikayət etmək mümkün deyil. Bu kimi vəziyyətlərdə isə problemli sərnişin ünsiyyət qurularaq sakitləşdirilməyə çalışılır. Sərnişin problem çıxarmağa davam edirsə və artıq edəcək heç bir şey qalmayıbsa, bəzi şirkətlər plastik qandal, bəziləri isə elektrikli şok tapançasından istifadə edərək sərnişini təsirsiz hala gətirir. 2001-ci ildəki 11 sentyabr terrorundan sonra Amerikada aviaşitkərlərin pilotlarına həqiqi tapança belə verilib.

Hansı sərnişinlər “qara siyahı”ya salınır?

20170528143335.jpg (26 KB)

İngilis Havayolları “British Airways”də bir ildə sərnişinlər tərəfindən 260 neqativ hadisə yaşanıb. Amma problemli sərnişin məsələsində Amerika hava yolları şirkətləri rekorda imza atıb. Keçən il mindən artıq hadisə meydana gəlib. Bu hadisələrdən 60 faizi polisə müraciətlə nəticələnib. Özünü yaxşı aparmayan sərnişinlərin 50 faizdən artığı polisə ilk ifadələrindən sonra həbs olunub.

Bəs bu hadisələr niyə və hansı səbəbdən yaşanır? Hadisələr arasındakı ağırlığı təyyarədəki qadağaya baxmayaraq, siqaret çəkən və həddən artıq spirtli içki içənlər təşkil edib. Bu sərnişinlərdən böyük qisminin həyatları boyunca aşırı miqdarda içki içdikləri, bir qisminin isə uçuş qorxusuna görə hava limanı barlarında aşırı miqdarda içki aldıqları müəyyənləşib.

Aşırı içki içən sərnişinlər kabinədə canlı bomba halına gəlir. Amma bu, yeganə problem deyil. Yaşanan neqativ hallar arasında ağlayan bir uşaqdan şikayət edib bağıran, qalmaqal yaradan sərnişinlər böyük üstünlük təşkil edir. Birlikdə səyahət etdiyi pişik və itini qutusundan çıxarıb, kabinədə gəzməsinə göz yuman sərnişinlər, digərlərinin etirazına səbəb olur.

Bir futbol matçı izləməyə gedən toplu futbol seyrçiləri kabinədə ən təhlükəli sərnişin sinfində yer alır. Oturduğu yeri dəyişdirmək istəyən, ya da “ekonomi” sinif bileti ilə business qismindəki boş yerə “sızmaq” istəyən sərnişinlər stüardessalarla tez-tez dava edirlər. Yeməkdən və ya kabinəyə keçirməyə çalışdıqları böyük əl baqajının əngəllənməsindən şikayətlənən sərnişinlər hər zaman ciddi problemlər yaradırlar. Təbii ki, uçuş qorxusu da önəmlidir. Gizli qorxunun hər hansı bir səbəblə böyüməsi insanın normal həyatdakı reaksiyalarının bir neçə qat artığının nümayiş olunmasına səbəb olur.

Siqaret qadağası dəli edir

Təyyarə kabinəsində çıxan qalmaqalların birinci səbəbi olaraq içki görünsə də, əsas problemi siqaret yaradır. Dünyada bir çox ölkədə daxili uçuşlarda siqaret qadağası var. Xarici uçuşlarda da siqaret qadağası mövcuddur. 10-12 saat heç eniş edilmədən, fasiləsiz uçuşlarda siqaret asılılarının böyük problem çıxardığı müşahidə olunur. Ayaqyolunda gizlin şəkildə siqaret çəkməyə çalışanlara tez-tez rast gəlinir. Yanıq siqaretlərini tualetlərdə kağız atıq bölmələrinə atıb, yanğın çıxaranlar belə var. Təyyarədə oturduğu yerdə kabinə məmurunun gözünün içinə baxa-baxa siqaret yandıran sərnişin ilk müdaxilə nəticəsində aqressivləşir, ətrafa həqarətlər yağdırır. Ya da sakit şəkildə oturaraq, ona müdaxilə ediləcək vaxta qədər rahat-rahat siqaretini çəkir. Siqaret çəkməmək üçün aşırı dərəcədə içki içən sərnişinlər də çoxluq təşkil edir.

Maraqlıdır, hansı hava yolu şirkəti problemli sərnişinlərə qarşı necə davranır? “Air France” sərnişinlərin içkili halda təyyarəyə minməsinin qarşısını almaq üçün nəzarəti artırır və kabinə heyəti də psixoloji təhsil alır.

draca.jpg (48 KB)

“American Airlines”, “Delta”, “Cathay Pacific” şirkətləri isə daha çox polislə işləməyə üstünlük verirlər. Onlar problemli sərnişini qandalla oturacağa bağlayırlar.  Əsasən İngiltərə və Amerikanın hava yolu şirkətləri “qara siyahı”ya üstünlük verirlər. Onlar çox problem çıxarmış sərnişinlərə bilet satmırlar.

“Ticarətə sığmaz” və ya “insan haqlarına qarşıdır” deyə "qara siyahı" hazırlamaqdan imtina edən fransızlar isə “Air France” şirkətinin adı çıxmasın deyə kabində yaşanan rəzillikləri ört-basdır edirdilər. Amma bu neqativ halların sayı artdıqca şirkət yeni üsul tapdı - problem yaradan sərnişinləri eniş zamanı polisə təhvil verir və barələrində şikayət verirlər.

Bir çox hava yolu şirkəti “müştəri daim haqlıdır” anlayışından vaz keçir. Problem yaradan sərnişinlər üçün pilota geniş səlahiyyət verilir. Onların uçuşun sonuna qədər nəzarət altında tutulmasını təmin etmək yerinə, dərhal məcburi enişlə polisə təhvil verirlər.

Bəzi hava yolu şirkətləri isə uzun uçuşlarda təyyarədə bir təhlükəsizlik əməkdaşının olmasını təmin edir. Neqativ davranan sərnişinə professional bir polis müdaxilə edir, nəticəyə isə pilotla birgə qərar verirlər.

Təyyarədəki davaların səbəbləri

“Qara siyahı”ya düşmədən öncə baş verən təyyarə davalarının təsnifatı:

1.38 faiz siqaret çəkmə davası: aşırı siqaret asılıları xüsusən uzun uçuşlarda siqaret çəkirlər. Stüardessalar bunu əngəllədiyi zaman dava-dalaş yaranır.

xw_1033860.jpg (77 KB)

20 faiz spirtli içki davası: bəzi sərnişinlər təyyarəyə minmədən öncə içməyə başlayır. Təyyarəyə minəndən dərhal sonra da içməyə davam edir və hansısa bir səbəblə dava çıxarır.

15 faiz uşaq və ya ev heyvanları ucbatından yaşanan davalar: Ağlayan uşağın səsinə dözə bilməyənlər bir müddət sonra insident yaradırlar. Kabində sahibinin sərbəst qoyduğu ev heyvanının gəzməsi də mütləq davaya səbəb olur. Fanatik futbol azarkeşləri də kabin davalarının “vazkeçilməz”ləridir.

12 faiz yerdəyişdirməyə davası: Çox adam oturacağını və ya yanındakı, arxasındakı, qabağındakı sərnişini bəyənmədiyi üçün dava çıxarır. Onlar dərhal stüardessanı çağıraraq yerlərinin dəyişdirilməsini istəyirlər. Təyyarə dolu olduğu halda, bu, mümkün olmur və bu, bir çox hallarda sərnişin-stüardessa münaqişəsinə səbəb olur.

8 faiz yemək şikayəti: təyyarədə stüardessadan, yeməklərdən şikayət edən və bu səbəbdən dava çıxaran sərnişinlərin sayı da get-gedə artır. Bundan başqa, standartlardan böyük əl çantalarını da kabinə aparmaq istəyən sərnişinlər insidentə səbəb olur.

7 faiz isə digər səbəblərdən dava çıxaranlardır. Bir çox hallarda adi səbəblərlə belə dava çıxaran sərnişinlər olur.

Onları isə bütün hallarda “qara siyahı” gözləyir. Yuxarıda da yazdığımız kimi, bir çox ölkələrdə bəzi şirkətlərin arzuedilməz sərnişin barədə bütün şirkətləri təlimatlandırmaq hüququ var. Belə olan halda sərnişin ölkədəki heç bir hava yolu şirkətinin xidmətindən istifadə edə bilmir. Onun yenidən şirkətə müraciət etməsi, bir çox hallarda isə məhkəmə yolu ilə həmin siyahıdan çıxması mümkündür. Əks halda əlac qalır taksiyə sürət qatarına, gəmi səfərinə...Amma onların heç biri təyyarənin sürəti ilə müqayisə oluna bilməz.(musavat.com)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN