Günəş Yeri hidrogenə çatışmazlığına görə məhv edəcək və bu təqribən 5 milyard ildən sonra baş verəcək. Sonxeberler.info-nun verdiyi məlumata görə, ABŞ-dan olan bir qrup alim belə hesab edir.
Onların fikrinə görə, Günəşdə enerji ehtiyatı (hidrogen) bitəndən sonra onun ölçüsü böyüyəcək və bu, planetdə hər şeyi yandıracaq. İlkin ehtimallara görə, onun ölçüsü Marsın Orbitinə qədər böyüyə bilər. Bu da Merkurinin orbiti tərk etməsi ilə nəticələnəcək.
Merkuri həmçinin Yerlə toqquşa bilər ki, bu da insanlığın məhvi ilə nəticələnəcək.