Məlum olduğu kimi, genetik kodda böyük həcmdə məlumatları kodlaşdırmaq üçün cəmi 4 nuklein turşusundan istifadə olunur: adenin, quanin, timin və sitozin. Genetik kodda onlar müvafiq hərflərlə - A, Q, T, S - işarə olunur. Bu hərflərdən "sözlər" - tripletlər düzəlir.
Beləliklə, demək olar ki, "genetik əlifba" 4 hərfdən ibarətdir və indiyədək onu dəyişməyin mümkün olmadığı hesab edilirdi, lakin Skripps İnstitutundan olan bir qrup alim ilk dəfə olaraq bu "əlifbanı" tam fəaliyyətdə saxlayaraq ona daha iki hərf əlavə edə bilib.
Yeni araşdırma zamanı Synthorx şirkətindən olan tədqiqatçılar X və Y ilə işarələnən iki yeni azotlu əsasdan istifadə edib. Onlar ikizəncirli DNT molekulunda standart 4 əsas kimi, üzbəüz yerləşir, lakin "yeni hərflər" hidrogen yox, hidrofob əlaqələrlə birləşir.
Artıq yeni DNT-nı problemsiz əmələ gətirən bakterialar da çıxarılıb. Bircə bu hərflər üçün yeni tripletlər fikirləşmək qalıb.
4 hərfdən cəmi 64 triplet kombinasiyaları əldə etmək olurdusa, cəmi iki hərf əlavə etməklə biz mümkün "genetik sözlərin" sayını 216-dək artırırıq. Nəticədə isə daha 172 amin turşusunu kodlaşdırmaq mümkün olacaq. Bu isə biomühəndislikdə hədsiz imkanlara yol açır.