İsrail ordusunun qadın əsgərlərinin ən təbii halları görüntülənib.
Sonxeberler.infoxəbər verir ki, görüntüləri fotoqraf Mayon Toledano lentə alıb.
Hazırda Nyu-Yorkda yaşayan fotoqraf İsrailin Haifa şəhərində dünyaya göz açıb və orada böyüyüb. Kiçik yaşlarından etibarən sənətə daha çox marağı olan Mayon 18 yaşında əsgərliyə aparılıb. Onun gələcəyə dair planlarının hamısı ertələnib.
Bu səbəbdən də 6 il sonra İsrailə geri dönən qadın fotoqraf özü kimi, xəyalları olub, əsgərliyə getmək məcburiyyətində qalan qadın hərbçiləri fotolentə alıb.
Əsgərlikdə xidmət etdiyi dönəmlərdə özünü hərbi formanın içinə həbs edilmiş kimi hiss etdiyi üçün bu qadınları da anladığını deyən fotoqraf İsrailə dönməsinin səbəbinin də onlarla bağlı olduğunu deyib.
“O dönəmlərdə mən də onlar kimi xəyalları ertələnmiş bir qız idim” deyən Mayon israilli qadın hərbçilərin bir günlük yaşadıqları həyatı fotolara sığdırıb.
Qeyd edək ki, İsraildə qadınların icbari hərbi xidmətinin müddəti 2 ildir. İsrail dünyanın nadir ölkələrindən biridir ki, burada qadınlar da məcburi qaydada hərbi xidmət keçirlər.
Bu ölkədə qadınlar silahlı əməliyyatlara cəlb edilməmək şərti ilə ön xətdə əsgəri xidmət çəkə bilərlər. 1948-ci ildə ağır hərbi vəziyyəti nəzərə alaraq, qadınların da hərbi xidmətə cəlb olunması qərara alınıb.
18 yaşı tamam olmuş qadınlar hərbi təlim keçdikdən sonra hətta təhlükəli zonalara da göndərilirlər.
Onu da bildirək ki, dünya mediasında və yerli mətbuatda İsrailin qadın hərbçiləri haqqında tez-tez məlumatlar yer alır. Bundan əlavə, qadın hərbçilərin özləri də sosial şəbəkələrdə hərbi xidmət zamanı çəkilmiş fotolarını çox sıx-sıx paylaşırlar.
Fotolarda olduqca gözəl xanımlar görüntülənsə də, əslində, qadın əsgərlər çox qəddar yetişdirilirlər.
Onlar ordudakı bütün qayda-qanunlara tabe olurlar, hərbi təlimlər keçirlər. Və bu təlimlərdə qadın-kişi fərqi qoyulmur. Ona görə də İsrailin qadın əsgərləri olduqca qəddar olurlar.
Sözügedən fotoqraf Mayon Toledanonun lentə aldığı fotoları sizlərə təqdim edirik. Fotolarda israilli qadın hərbçilərin gündəlik həyatı əks olunub.










