SON DƏQİQƏ

Alimlər ilk baxışdan məhəbbətin sirrini araşdırıblar

Tarix:30-11-2017, 09:23

Alimlər uzun müddətdir bir suala cavab axtarırdılar: İlk baxışdan məhəbbət olurmu? Onlar bir neçə eksperimentdən sonra maraqlı nəticəyə gəliblər.

 

Sonxeberler.info-nun məlumatına görə, alimlər gənclərin tanışlığın ilk dəqiqələrindən həyəcanlı hisslər yaranma ehtimalını daha yaxından araşdırmaq üçün 396 nəfər dəvət etdilər. Dəvət edilən insanlar bir-birini tanımayıblar. Ekspertlər isə onların 20 - 90 dəqiqə davam edən görüşünü təşkil ediblər.

 

Bu araşdırmadan sonra alimlər 45% qarşılıqlı hisslərinin yaranmasını qeydə alıblar. Amma qeyd ediblər ki, bu hissləri məhəbbət adlandırmaq olmaz. Buna həqiqi sevgidən başqa hər şey demək olar: vərdiş, maraq, meyl, ehtiras.

 

Alimlər yekun olaraq belə qərara gəliblər ki, ilk görüşdən sevgi hissinin yaranması tamamilə reallıqdan uzaqdır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN