SON DƏQİQƏ

Bu ölkələrdə 2018-ci il qeyd olunmayacaq

Tarix:29-11-2017, 15:20

İndi neçənci ildi? Əslində bu, göründüyü qədər də sadə sual deyil. Hər şey nisbidir. 

İnsanlar  vaxt axınını bilmək üçün təqvimlər yaradıblar. Lakin zamanın tutmaq və onun başlanğıc nöqtəsini qeyd etmək mümkün deyil. Əvvəli necə tapmaq olar? Hardan hesablanmalıdır?.. Bütün çətinlik də bundadır.

 

Bu gün dünyada istifadə olunan təqvimlər barədə xəbər verəcəyik.

 

 

Taylandda 2561-ci il olacaq

Taylandda 2018-ci ildə (Qriqori təqvimi ilə) 2561-ci il gələcək. Rəsmi olaraq Tayland  buddist ay təqvimi ilə yaşayır. Lakin ölkədə xarici vətəndaşlar üçün istisnalar edilir, həmçinin məhsulların, sənədlərin üzərində bizim adət etdiyimiz  təqvimdən də istifadə olunur 

Buddist təqvimindən Şri-Lanka, Kamboca,  Laos və Myanmada istifadə olunur.

 

Efiopiyada 2011-ci  il olacaq

Efiopiya təqvimi Qriqoriandan 8 il geri qalır, həmçinin 13 aydan ibarətdir: hər biri 30 gündən ibarət 12 ay və uzun ildən asılı olaraq 5-6 gün. Yeni gün isə gecə yarısından sonra yox, günəşin çıxması ilə başlanır. Efiopiya təqvimi qədim Aleksandriya əsasında qurulub.

 

Pakistanda 1439-cu il qeyd olunacaq

İslam təqvimi dini bayramları müəyyən etmək üçün bir sıra ölkələrdə rəsmi təqvim kimi istifadə olunur. Birinci il Həzrət Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti ilə götürülür. Burda yeni gün gecə yarısından sonra yox, günəşin batması ilə başlayır. Növbəti ay yeni Ayın doğulması ilə hesablanır.

 

İslam təqviminin uzunluğu  günəş təqviminkindən 10-11 gün qısadır və aylar mövsümlərlə qarışır. Əvvəllər yaya düşən  ay, bir neçə ildən sonra payıza, qışa düşür və beləcə dövr edir.

 

İranda 1396-cı il olacaq

İran təqvimi, yaxud günəş hicrisi İran və Əfqanıstanın rəsmi təqvimidir. Təqvim Ömər Xəyyamın iştirakı ilə hazırlanıb. Burda da birinci il Həzrət Məhəmməd Peyğəmbərin hicrəti ilə başlayıb, lakin günəş ilinə əsaslanır. Ona görə burda aylar eyni fəsillərlə üst-üstə düşür.

İran təqvimində yeni iş günü şənbədən başlayır və istirahət günü hesab edilən cümə günündə bitir.

 

Hindistanda 1939-cu il olacaq

Hindistanın Vahid Milli Təqvimi 1957-ci ildə qəbul olunub. Onun əsasında qədim xronologiya sistemi olan saks erası durur. Kambocada da bu təqvimdən istifadə edilir.

Hindistandan müxtəlif  xalqlar və tayfalar tərəfindən  istifadə edilən başqa təqvimlər də mövcuddur. Bəziləri birinci ili  Krişnanın ölümü (e.ə. 3102-ci il), digərləri Vikramın  hakimityyətə gəldiyi 57-ci ili, bir başqa tayfa Budda Qautamanın ölüm ilini (e.ə, 543-cü il) götürür.

 

Yaponiyada 30-cu il olacaq

Yaponiyada həm İsa Məsihin doğum günündən hesablanan  sistem, həm də ənənəvi - imperatorların  hakimiyyət illəri ilə hesablanan təqvimdən istifadə olunur. Hər bir imperator öz dövrünə müəyyən ad qoyur: bu öz hakimiyyət illərinin devizi sayılır.

 

1989-cu ildən bəri Yaponiyada «Sülh və asayiş dövrü» erasıdır, taxtda  imperator Akihito əyləşib.

 

Bundan əvvəl «Müdriklik dünyası» - 64 il çəkib. Bir sıra  rəsmi sənədlərdə 2 tarixdən – həm Qriqorian təqvimindən, həm də  Yaponiyada cari dövrün  tarixindən istifadə olunur.

 

Çin təqvimi ilə 4716-cı il daxil olacaq

Çin təqvimindən Kamboca, Monqolustan, Vyetnam və digər Asiya ölkələrində isğifadə olunur. Xronologiya  imperator  Xuan-dinin  e.ə. 2637-ci ildə hakimiyyətə gəlişi ilə hesablanır.

 

Təqvim  Yupiterin  astronomik dövrünə əsaslanır. 60 il ərzində Yupiter Günəşi 5 dəfə dövr edir, bu Çin təqviminin 5 elementidir.

 

Yupiterin Günəş ətrafında bir dövrəsi 12ilə bərabərdir – bu  illər təqvimdə  müxtəlif heyvanların adları ilə təsniflənib. Qriqorian təqvimi ilə 2018-ci ildə onlarda İt  ili olacaq.

 

Şimali Koreyada 107-ci il qeyd olunacaq

KXDR-də Milad təqvimi ilə yanaşı,  1997-ci ilin iyulun 8-dən çuçxe təqvimi də istifadə olunur. Bu təqvimdə xronologiya  Şimali Koreya dövlətinin qurucusu, ölkənin əbədi prezidenti titulunu almış Kim İr Senin doğum ilindən -1912-ci ildən hesablanır. KXDR-də tarix yazılarkən hər iki təqvim qeyd olunur.

 

Azərbaycanda 2018-ci il qeyd olunacaq

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Qriqori təqvimindən istifadə olunur. Təqvim Papa XIII Qriqorinin göstərişi ilə tərtib olunub və  daha əvvəlki Yuli təqviminin islah edilmiş variantıdır. Azərbaycanda Yeni il yanvarın 1-dən başlayır. Dekabırın 31-də qurtarır. Yeni güc gecə 00.00-dan sonra başlayır.

 

Sizin neçə yaşınız var?

Təkcə vaxtı müxtəlif cür hesablamaq olmur. Sən demə insanın yaşı ilə də müəyyən mürəkkəbliklər var. Şərqi Asiyanın bir sıra mədəniyyətlərində Şərqi Asiya sisteminə uyğun hesablanır. Hesab 1-dən başlayır, yəni yeni doğulan uşağın artıq 1 yaşı olur. Yeni yaş günü isə doğum günü ilə yox, yeni ilə uyğun hesablanır. Yəni bu sistemə əsasən yeni ilə görə bayram süfrəsində əyləşən bütün ailə üzvləri eyni anda 1 yaş böyük olur. Belə çıxır ki, hətta eyni gündə doğulsalar belə, asiyalının yaşı avropalının yaşından bir neçə il fərqlənə bilər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN