Cənubi Koreyanın Samsung şirkəti xüsusi qrafen elementinin istifadəsi ilə akkumlyator hazırlayıb. Onun köməyi ilə mobil telefonlar cəmi 12 dəqiqəyə yüklənə biləcək. Sonxeberler.info-nun məlumatına görə, bu barədə Financial Times xəbər yayıb.
Bildirilir ki, Samsung Advanced Institute of Technology şirkətində işləyən bir qrup alim qrafendən - qrafitdən alınan karbon elementindən - olan topları uğurla sintez edib.
Qrupunun bu işi sayəsində akkumlyatorun yüklənməsi adi litium-ion batareyalara nisbətən 5 dəfə tez olur.
Bildirilir ki, «Qrafen topları» akkumlyatorun ömrünü də uzadır.
Mühəndislər bildiriblər ki, yeni yükləmə qurğusu dayanmadan 5 dərəcədən 60 dərəcəyə kimi işləyə bilir.