SON DƏQİQƏ

Azərbaycanlı müəlliflər İsveçdə ədəbi mükafat aldı

Tarix:23-11-2017, 12:35

İsveçin paytaxtı Stokholmda Avrasiya İncəsənət Qildiyası (London) tərəfindən təşkil olunan “Open Eurasian Literature Festival & Book Forum” beynəlxalq ədəbiyyat festivalı başa çatıb. 2012-ci ildən etibarən keçirilən “Açıq Avrasiya” ədəbi müsabiqəsində iştirakı üçün 38 ölkədən təxminən 1200 əsər təqdim olunub. “Open Eurasian Literature Festival & Book Forum” festivalı hər il dünyanın müxtəlif ölkələrində keçirilir ki, müasir dünyanın ədəbi tendensiyalarına uyğun olaraq kommersiya baxımından potensial uğurlu işlərin müəyyənləşdirilsin.

Musavat.com-a verilən məlumata görə, Azərbaycan yazıçıları Kamran Əlioğlu və Fərid Qorxmazoğlunun “İliş və ya hörülmüş hekayə” kitabı Maria Shevel adına “Uşaq mövzusuna həsr olunmuş ən yaxşı əsər” mükafatına layiq görülüb.

Qeyd edək ki, "İliş və ya hörülmüş hekayə" kitabının şəkilləri “İllüstrasiyalar” kateqoriyasında müsabiqənin finalına çıxmışdı.

Kitab İliş adlı qeyri-adi bir oğlan haqqındadır. Təklik sevən oğlan nadir hallarda evin kənarına çıxır və bütün vaxtını sevimli işə sərf edir — söyüd çubuqlardan müxtəlif şeylər hörür. Öz istəyinə zidd olaraq, o, evindən ayrılmalı olur və qorxulu hadisələrin ortasına düşür. Tale kiçik İlişi böyük və çətin sınaqlardan keçirir. Lakin qəhrəmanımız bütün sınaqlardan ləyaqətlə keçir, və bunda İlişə onun uşaq saflığı və onun hörmə ilə aludəçiliyi kömək edir.(musavat.com)

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN