Hindistanlı Manoc Kumar Maxarana içki içmək üçün istifadə olunan plastik, kiçik borucuqları maksimum sayda ağzında tutmaqla rekorda imza atıb.
Bu barədə lenta.ru saytı məlumat yayıb. Orissa ştatının 23 yaşlı sakini ağzına düz 459 ədəd borucuğu salıb. Növbəti 10 saniyə ərzində isə əllərinin köməyi olmadan onu ağzında saxlaya bilib. Bu nailiyyət Ginnesin Rekordlar Kitabına düşüb. Maxarna özündən əvvəlki rekordçu Saymon Elmordan 59 ədəd daha çox borucuğu ağzında saxlayıb. Qaydalara görə, iştirakçılardan heç biri borucuğu əli ilə tuta bilməz. Qarşısına qoyulan tapşırığı sona qədər icra etmək üçün hindli kişi əllərini rezinlə arxadan bağlayıb.
Sonxeberler.info