SON DƏQİQƏ

Dünyanın ən hirsli qadınları Hindistanda yaşayır

Tarix:16-11-2017, 18:06

“Nielsen» təşkilatı qeyri-adi araşdırma aparıb. Təşkilat daha çox hansı ölkədə qadınların əsəb və stress keçirdiyini araşdırıb.

Məlum olub ki, Hindistanda qadınların düz 87%-i həyatının böyük hissəsini stresslə keçirir. Alimlər bildirir ki, bütün inkişaf etməkdə olan ölkələr kimi, Hindistanda da qadınlar gərgin iş qrafikində işləməklə yanaşı, karyerasının qurulmasında ailə ənənələrinə də əməl etməlidir. Bu, onlarda böyük gərginliyə səbəb olur.

Tədqiqat zamanı dünyanın 21 ölkəsində 6500 qadının rəyi öyrənilib. Məlum olub ki, ən çox əsəbi qadının olduğu ikinci ölkə Meksika (74%), üçüncüsü isə Rusiyadır (69%).

Sonrakı yerlərdə isə Braziliya (67%), İspaniya (66%), Fransa (65%), CAR (64%) və İtaliya (64%) qərar tutub.

Tədqiqat göstərib ki, inkişaf etmiş ölkələrdə qadınlar pullarını əsasən yeməyə, təhsilə, paltar və kosmetikaya xərcləyirsə, inkişaf etməkdə olan ölkələrdə onlar müxtəlif səfərlərə, vergilərin ödənməsinə, «arxaya pul atmağa» daha çox vəsait ayırır.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN