SON DƏQİQƏ

Rusiya XİN Tereza Meyi Krım şərabı içməyə dəvət etdi

Tarix:15-11-2017, 09:10

Böyük Britaniyanın Baş naziri Tereza Meyin Krımla bağlı sərt tənqidinə cavab olaraq Rusiya XİN xanım siyasətçini Krım şərabına qonaq olmağa dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi Tvitter hesabında yazılıb.

Rusiya XİN Tereza Meyin əlində şərab badəsi tutduğu bir fotonu paylaşaraq “Əziz Tereza ümid edirik ki, nə vaxtsa Krım “Massandra”sının dadına baxacaqsınız”, - bildirib.

Qeyd edək ki, Tereza Mey xarici siyasətlə bağlı illik çıxışında Rusiyanı kəskin şəkildə tənqid etmişdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN