Gali Yalkarrivuy Gurruvivi adlı bir kişi nəvəsinin məzun tədbiri üçün 3 min kilometr məsafəni piyada qət edib. Avstraliyanın Arnhem Land bölgəsindəki bir adada yaşayan yaşlı adam nəvəsinin Viktoria şəhərindəki məzuniyyət tədbiri üçün tək başına yollara düşüb.
Tədbirdə milli bir rəqs şousu göstərmək üçün bütün yolu ayaqla gedən yaşlı adam olduqca xoşbəxt idi. Həyat yoldaşı Ceyn Garrutju isə deyib ki, nəvələri ilə rəqs etmək onun xəyalı idi. Cənub şərqi Arnhem Torpaqlarındakı Elço Adasından yola çıxan adam 2.5 ildir ki, Melbourneda gecə məktəbində oxuyan nəvəsi üçün minlərlə kilometr piyada getməyi gözə alıb. Gurruvivi yaxşı bir təhsil alıb, məzun olduğu üçün nəvəsi ilə qürur duyduğunu deyir. Öz yaşını bilməyən Aborijin yerlisi adam rəqs şousunu da gerçəkləşdirib.
Nəvəsi Saşa isə deyib ki, ziyarətçilər Elço Adasına gəldiklərində babası daim bütün nəvələri ilə rəqs edir. Hər zaman babası ilə rəqs etməkdən xoşlandığını deyən Saşa bu dəfəki rəqsin bənzərsiz olduğunu bildirib. Baba isə nəvələrinin yoxluğunun çox çətin olduğunu, amma onların yüksək təhsil almalarının vacibliyini vurğulayıb: “Uzaqda olub oxusalar da, yenə də kim olduqlarını və haradan gəldiklərini bilməlidilər”.
Saşa tibb bacısı olmaq və gəldiyi yerdəki qadınlara rol modellik etmək istəyir. O, öz yerlisi olan həmcinslərinə “istəsəniz siz də edə bilərsiz” mesajını verməyi hədəfləyir.