ABŞ prezidenti Donald Trampın konvoyu keçdiyi zaman ona əl işarəsi edərkən şəkli çəkilən qadın bu şəklə görə işdən qovulub. 28 oktyabrda Virciniyada çəkilən şəkil sosial mediada populyar olmuşdu.
Şəkildəki velosipedli qadın olduğu deyilən Culi Braskman sözügedən ədəbsiz şəkli sosial mediada paylaşandan sonra Akima LLC’dəki iş yerindən qovulub. Şirkət BBC-nin açıqlama tələblərinə reaksiya vermədi. Briskman, ABŞ mediasına verdiyi açıqlamada deyib ki, çalışdığı şirkətin insan qaynaqları bölümünə şəkildəkinin özü olduğunu deyəndən bir gün sonra şirkət onunla görüş etmək istədiyini açıqlayıb.
İclasda Briskmana bildirilib ki, həmin şəkillər şirkətin sosial media siyasətinə uyğun olmadığı üçün sosial şəbəkədən silinməlidir. Amma Briskman bununla razılaşmayıb və şirkət rəhbərinə bildirib ki, bu şəkillər iş saatı zamanı çəkilməyib və sosial media hesabında da şirkətdən bəhs edilməyib. Briskman işini itirməsinə baxmayaraq, etdiyindən peşmançılıq keçirmədiyini dedi: “Bəzi tərəflərdən baxanda indi hər zamankından daha yaxşıyam. Ölkəmizin getdiyi istiqamətə görə qəzəbliyəm, təəccüb içindəyəm. Bu da mənim öz etirazımı ifadə etmə fürsətim idi”.
Sonxeberler.info