“Miss Earth-2017” gözəllik müsabiqəsinin qalibi məlum olub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu ilin kainat gözəli filippinli Karen İbasco seçilib. Mall of Asiya Arenada baş tutan müsabiqədə İbasconun tacını keçən ilin qalibi ekvadorlu Katerina Espin taxıb.
Yeni gözəl sevincindən göz yaşlarını saxlaya bilməyib. Onu digər müsabiqə iştirakçıları sakitləşdirib. (musavat.com)



