SON DƏQİQƏ

Qiymətlər süni olaraq artırılır – deputat

Tarix:22-04-2017, 14:52

Bir sıra ərzaq mallarının qiymətinin ucuzlaşmasına baxmayaraq, bəzi məhsullarda süni qiymət artımı davam edir. Bu fikri  ölkə parlamentinin deputatı, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, qiymətlərin ucuzlaşması manatın məzənnəsinin nisbi sabitliyi ilə bağlıdır. Amma bəzi malların qiymətləri əsassız olaraq 2-3 dəfə bahalaşdırılıb.

Parlamentari dərmanların da süni olaraq bahalaşdırılmasına diqqət çəkib, bu sahənin qaydaya salınması zərurətini qeyd edib.

Monopoliya və korrupsiyaya qarşı mübarizədə müəyyən addımlar atılmasına baxmayaraq, bu istiqamətdə kompleks tədbirlər görülməyib, deyə o bildirib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN