SON DƏQİQƏ

Respublikada Covid-19 la bagli son vəziyyət.

Tarix:30-01-2022, 19:47

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 min 943 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 1587 nəfərin sağaldığı bildirilir.

Bu barədə yanvarın 30-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qərargahdan açıqlanıb ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 20 nəfər vəfat edib.

Qurumdan habelə vurğulandığına görə, indiyə kimi ölkədə ümumilikdə 656 min 284 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 624 min 259-u sağalıb, 8720 nəfər vəfat edib, aktiv xəstə sayı 23 min 305-ə yüksəlib.

Son həftələr Azərbaycanda təsdiq edilən yoluxma sayında artım var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb

Omarov Ədalət
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN