SON DƏQİQƏ

Bərdədə evin döşəməsi çöküb, ölən və yaralananlar var

Tarix:25-11-2023, 20:49

Noyabrın 23-də Bərdə rayonunda yas mərasimi keçirilən evin döşəməsinin çökdüyü, nəticədə ölən və xəsarət alanların olduğu bildirilir.
Verilən məlumatlara görə, evin ikinci mərtəbəsinin döşəməsi ağırlığa dözmədiyindən çöküb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Turan” Agentliyinə bildirilib ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq rayon mərkəzi xəstəxanasına 23 nəfər yerləşdirilib.
Vurğulanıb ki, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb: “Digər şəxslərin ümumi müayinələri davam etdirilir. Əlavə məlumat veriləcək”.
Hələlik, evin sahibi və xəsarət alanların yaxınları ilə danışmaq mümkün olmayıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN