SON DƏQİQƏ

Gözəl həkim, şəfalı insan Rövşən İsgəndərov…

Tarix:30-10-2024, 14:01

Bəşəriyyət iki sütun üzərində bərqərar olmuşdur. Onlardan biri müəllim, digəri isə həkimdir.“Sağlam bədəndə sağlam ruh olar” deyən atalarımız bu kəlamı məhz hər iki sənət sahibləri müəllim və həkimlər üçün söyləyiblər. Çünki müəllim elm, təlim - tərbiyə, əxlaq mənbəyidir. Həkimlik isə bütün bunlarla yanaşı bəşəriyyətin sağlamlığının keşiyində duran müqəddəs peşə sahibləridir. Yazımın əsas qəhrəmanı Ə.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının cərrah Rövşən İsgəndərovdur.
Bu dəyərli insanın cərrah Rövşən İsgəndərovun şəfalı əlinin, xeyirxah, təmənnasız əməllərinin canlı şahidi olanlar, onu əlləri şəfalı  həkim adlandırır. Rövşən İsgəndərov, həmçinin, xoş rəftarı, diqqət və davranışı ilə qəlblərdə özünə silinməz izlər buraxan, zəngin mənəviyyata, yüksək insani keyfiyyətlərə malik sakit təbiətli bir insan, ziyalı həkimdir. İnsan adətən həkimə gedən zaman həyəcanlanır, qorxu hissi keçirir. 
Rövşən İsgəndərov,xəstə ilə nəinki həkim - xəstə münasibətində olur, eyni zamanda xəstələrlə tam səmimi münasibət yaradır, onların hər biri ilə öz doğması, yaxını kimi rəftar edir. İmkansız insanlara, şəhid ailələrinə, yaşlı nəslə təmənnasız əl tutması, onların qayğısına qalması həkimin əsas xüsusiyyətidir. Çünki Rövşən İsgəndərov, öz peşəsini sevən və ona sadiq qalan bcrıqlıvəsvdı həkim və dəyərli insandır. Xəstələrinin dili ilə desək, Rövşən İsgəndərovun yanına gedib, onunla söhbət etmək özü, insana bir məlhəmdir. 
Həkim Rövşən İsgəndərov ölkəmizdə səhiyyəyə yetərincə diqqət ayrılırmı və səhiyyəmizdə nə kimi yeniliklər görürsünüz sualını birmənalı olaraq belə cavablandırır.”- Səhiyyəmizə yetərincə diqqət ayrılır və mən deyərdim ki, gördüyümüz kimi, Azərbaycan səhiyyəsi durmadan inkişaf edir. Məhz bu səbəbdən biz Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və SSESCO - nun xoş məramlı səfiri, Respublikamızın I - Vitse Prezidenti, Mehriban xanım Əliyevaya minnətdarıq.“
Həkimlik sənətinin çətin, məsuliyyətli və gərəkli sahə olduğunu, bütün çətinliklərə baxmayaraq öz işinin öhdəsindən layiqincə gələn Rövşən İsgəndərovun fikrincə  savadlı və işini bilən təcrübəli həkim üçün, heç bir qorxu yoxdur. İnsan gərək öz tutduğu peşənin kamil bilicisi, mütdəxəsisi olsun. Ümumiyyətlə, hər peşəyə məsuliyyətlə yanaşmaq lazımdır.
Bir həkim kimi ən böyük sevinciniz nədir? - sualını həkim Rövşən İsgəndərov öz xarakterinə uyğun cavablandırır: “- Mənim üçün xəstələrimin şəfa tapması və mənə xeyir - duasından böyük sevinc, xoşbəxtlik ola bilməz. Mənə öz peşəmi sevdirən məhz bu amillərdir. 
Rövşən İsgəndərov haqqında onun otağının qarşısında durub səbrlə növbə gözləyən xəstələrin danışdıqlarından, onların həkimin ünvanına söylədiyi xeyir - duadan bir daha başa düşdüm ki, hər bir xəstənin ümid və inam yeri  Rövşən İsgəndərovdur. 
Bəli, Rövşən İsgəndərov haqqında eşitdiklərimizdən belə qənaətə gəlmək olar ki, onun varlığı, hər bir dəqiqəsi insan həyatı üçün dəyərli və vacibdir. Onların hər biri onun şəfalı əllərindən sağlamlıq payı umur və inanırlar ki, öz hisslərində yanılmayıblar. 
Bəli,dəyərli oxucular!                                              

Haqqında sizə bəhs etdiyim həkim Rövşən İsgəndərov olduqca səmimi və xeyirxah insan, xeyirxah olduğu qədər də öz işinə bütün varlığı ilə bağlı olan dəyərli həkimdir. Onun əlinin şəfasından xeyir görənlər, bizim əlləri şəfalı Rövşən İsgəndərovu, həkim adlandırmaqda heç də yanılmayıblar. 
Bütün insani keyfiyyətlərə malik olan Rövşən İsgəndərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni - yeni uğurlar arzulayır, şəxsi həyatında xoşbəxtlik, ailə səadəti, çətin və məsuliyyət tələb edən peşəsində səbr diləyirik.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN