Əslən azərbaycanlı olan, Türkiyənin məşhur aktrisası Nəsrin Cavadzadə "Qadınlar üçün Fitness" jurnalının siması olub.
Sonxeberler.info xəbər verir ki, aktrisa cəsarətli və cazibədar olmasının sirlərini açıb: “Bu cür görünməyi sevirəm. Cəsur, cazibədar və özündən əmin kimi görünsəm də, elə deyiləm. Sadəcə imicim budur. Beləliklə, özümə güc verirəm, qorxularımın üzərinə gedirəm, qadınlara örnək oluram. Biz qadınlığımızdan utanmamalıyıq. Hər zaman bizim kənarda qalmağımızı istəyirlər. Biz qadınlığımızı göstərməliyik, gözəlliyimizin fərqində olmalıyıq. Mən güclü və məsuliyyətliyəm. Bunun səbəbi də Sovetlər Birliyində doğulmağımdır. Balet müəllimim belimdə xətkeş qırırdı. Ona görə bu gün çox güclüyəm”.
Sonxeberler.info