Türkiyənin məşhur aktyoru Kamal Sunalın oğlu Ali Sunal ikinci dəfə evlənməyə hazırlaşır. Aktyor cənubi azərbaycanlı vəkil Nazlı Qurbanzadə ilə nişanlanıb. Cütlüyün nişan mərasimi ailə arasında baş tutub. Onlar yay ayların da nikah masasına əyləşəcək.
Ali ilə Nazlının ÇABA dərnəyinin layihəsi çərçivəsində tanış olduğu, o zamandan bəri eşq yaşadığı deyilir.
Bəs Nazlı Qurbanzadə kimdir?
Nazlı cəmiyyətin tanınmış simalarından olan Bülent Qurbanzadənin qızıdır. Koç Universitetində hüquq fakültəsində təhsil alan Nazlı 2010-cu ildə universiteti bitirmişdi. O, təhsilini Paris Summer Universitetində davam etdirmişdi. O, hazırda həmin qurumda müdir olaraq çalışır. Eyni zamanda ÇABA-nın layihələrinə dəstək olur. O, model kimi də layihə çərçivəsində podiuma çıxır.
Qeyd edək ki, Ali Sunal 2011-2012-ci illərdə aktrisa Gökçə Bahadırla evli olub.



