SON DƏQİQƏ

Tolik toy qiymətini salan Xatunu ittiham etdi: “İddialı müğənni idin, amma...”

Tarix:23-01-2018, 18:15

Müğənni Xatun Əliyevanın toy qiymətləri ilə bağlı endirim kampaniyasına başlaması birmənalı qarşılanmayıb. 

Sonxeberler.info xəbər verir ki, prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində Xatunun toy qiymətinə endirim etməsinə münasibət bildirib.

O, qeyd edib ki, ifaçı özünü hörmətdən salır: “Xalq sizi bəyənirsə, onsuz da çağıracaq. Xatunu efirə bağlamaq istədik, dedi ki, vaxtı yoxdur. Yəqin, səhər xına yaxır, vaxtı yoxdur. Sənə müsahibənlə bağlı sual verəcəkdim. İddialı müğənni idin, amma indi sənə nə oldu? Bu, özgüvənin olmamasından irəli gəlir. Nə qədər siz müğənnilər telekanallardan imtina edib, özünüzü böyük adam kimi göstərəcəksiniz? Siz bura gəlməsəniz də, yayımlanan seriallara baxılacaq, tamaşaçısız qalınmayacaq. Bir müğənni çıxsın desin ki, 360 gün efirə gəlməyəcəyəm, amma gündəmdə qalacağam. Əgər olsa, burada it kimi hürərəm”.

Qeyd edək ki, Xatunun prodüseri “Instagram”da endirim kampaniyasına başlamaq barədə paylaşım edib: “Hər biznesdə müəyyən vaxtlarda endirimlər olur. Amma nədənsə toy biznesində rast gəlinmirdi. Axır ki, bunu ilk dəfə Xatun Əliyeva etdi. Bunu bəzi müğənnilər yaxşı qarşılamasa da, bizi bu yerlərə gətirən, dolandıran xalq bəyənəcək”.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN