SON DƏQİQƏ

Könül Kərimova villasının 172 manat işıq pulu borcunu ödəmir

Tarix:23-02-2018, 18:22

Müğənni Könül Kərimovanın 172 manat işıq pulu borcu var. 
 
Sonxeberler.info lent.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı Zaur Kamal 5/5 verilişində deyib. O bildirib ki, müğənni kommunal borclarını ödəmir.
 
K. Kərimova isə aparıcının sözlərinə bu cür münasibət bildirib: "Düz deyir, dünən dedilər ki, 172 manat borcum var. Oğlum dedi ki, ana, işıq pulunu ödəmək lazımdır. Dedim, gecikirəm, qayıdanda baxaram. İşığı çox işlədirəm. Evə girəndə hər yerdə işığı yandıra-yandıra gedirəm. Əlacım olsa, yatanda da yanılı qoyaram”.
 
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN