Müğənni Brilliant Dadaşova azərbaycanlı teleaparıcıları tənqid edib.
Sonxeberler.info xəbər verir ki, Seda Sayanın proqramından bir görüntü yayımlayan müğənni onun qonağına qarşı olan diqqətini tərifləyib və yerli aparıcıları diqqətsiz olmaqda qınayıb: “Dostlar, sonra deməyin ki, niyə tez-tez televiziya proqramlarında görünmürəm?! Baxın, Seda Sayan öz proqramında qonaqlara necə diqqət yetirir… Bizim bir çox verilişlərimizdə aparıcıların efir mədəniyyətindən xəbər olmadığı üçün müğənni musiqi ifa edərkən o, başqa işlərlə məşğul olur. Bunun dəfələrlə şahidi olmuşuq. Əfsuslar olsun ki, efirdən bixəbər, səriştəsiz proqram aparıcılarımız günbəgün çoxalır”.
Sonxeberler.info